Ağrıkəsici dərmanlar infarkta yol açır

Ağrıkəsici dərmanlar infarkta yol açır

 

Böyük Britaniyada nəşr olunan "British Medical Journal”ı, son sayında diqqət çəkən məlumatlar yayıb.

 

ATV.az-ın məlumatına görə, jurnalda dərc olunan məqaladə qeyd olunub ki, bəzi ağrıkəsicilərin infarkta yol açma təhlükəsi var. Bildirilir ki, bu barədə 4 ölkədən 10 milyon insan üzərində araşdırma aparılıb. Belə qənaətə gəlinib ki, ağrıkəsicilər daha çox yaşı 65-dən çox olan insanların səhhətinə mənfi təsir edir. Onların ürəklərində problemlər aşkarlanıb.

 

İtaliyanın Milan Univeristeti tərəfindən aparılan araşdırmaya görə, iki həftə ərzində ağrıkəsicilərdən istifadə edən şəxslər, digərləri ilə müqayisədə xəstəxanlara daha çox müraciət edib. Buna görə də, həkimlər ağrıkəsici dərmanlardan ehtiyatla istifadə olunmasını tövsiyyə edir.

 


OXŞAR XƏBƏRLƏR