Arif Rəhimov Azərbaycan Qran-Prisinin təxirə salınmasının səbəbini açıqlayıb

Arif Rəhimov Azərbaycan Qran-Prisinin təxirə salınmasının səbəbini açıqlayıb

"Avstraliya Qran-Prisinin təşkilatçılarının timsalında gördük ki, onlar nə dərəcədə çətin duruma düşüb. Heç bir Qran-Pri promouteri bu vəziyyətdə olmaq istəməzdi”.

Sfera.az-ın  apasport.az-a istinadla  məlumatına görə, bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin icraçı-direktoru Arif Rəhimov deyib.

O, Formula-1 üzrə Azərbaycan Qran-Prisinin koronavirus pandemiyası səbəbindən təxirə salınmasının səbəblərini açıqlayıb. Rəhimov bildirib ki, Avstraliya Qran-Prisi ilə bağlı baş verənlər digər mərhələlərin təşkilatçıları üçün nümunə olub: "Həqiqətən də Endryu Uestkott və onun komandası üçün təəssüflənirəm. Onların yaşadıqları dəhşətdir. Qran-Prinin son anda ləğvi promouter üçün faciədir. Mərhələnin keçirilməsi ciddi səylər tələb edir. Üstəlik, Avstraliyada yarış müvəqqəti quraşdırılan trasda keçirilir. Onlar bunu qurmağa çox vaxt, pul və güc sərf etdilər, sonda isə ləğv olundu. Bu əsl faciədir”.

 

İcraçı direktor Rusiya mətbuatına təxirə salınma ilə bağlı qərarı son anda verdiklərini bildirib: "İndi digər promouterlər belə halla üzləşməkdən qaçmağa çalışır. Aydındır ki, bir çox yürüşün təxirə salındığı vəziyyət və Avstraliyada baş verənlər durumu yüngülləşdirmir. Amma siz vəziyyəti digərlərinə izah edəndə mövqeyinizi məntiqli göstərir. Biz trasdakı işlərə başlamamış bu qərarı verdik. Bu əsas orientirlərdən biri idi. Əmin olmaq istəyirdik ki, lazımsız xərclər çəkməyəcəyik. Trasın inşasına bütün bunları xərcləsək, sonra yarışı keçirə bilməsəydik, tam faciə olardı. Bizim üçün trasdakı işlərin başlaması üçün son tarix martın ortaları idi. Biz bunu bir həftə təxirə saldıq ki, yarışın keçirilməsi barədə qərar qəbul edək. İşə başlamalı olduğumuz son gündə də bu qərarı verdik”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 7-də keçirilməli idi.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...