Arif Quliyevin səhhəti ilə bağlı SON DURUM
Maqazin
15:43 / 27.04.2021
2655
Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib.
Sfera.az bildirir ki, bu barədə aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: "Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.
"Yeni Klinika”nın reanibasiya şöbəsinin müdiri Emil Qasımov isə aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib. //APA