Arif Babayevin son vəziyyəti AÇIQLANDI
13:15 / 13.10.2021
576
Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".
(report)