Argentinalı futbolçunun onurğası qırıldı
11:22 / 14.11.2020
5526
Almaniyanın "Bayer" (Leverkuzen) klubunda çıxış edən Argentina millisinin futbolçusu Esekiel Palasiosun onurğası qırılıb.
Sfera.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Paraqvayla 1-1 hesablı bərabərliklə yekunlaşan matçda zədələnib.
Palasio rəqibin futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Onun bir neçə aydan sonra sıraya dönə biləcəyi bildirilib.