Argentinada şəkər zavodunda partlayış: ölənlər var
18:45 / 21.11.2019
2576
Argentinanın şimal-qərbindəki Jujuy əyalətində şəkər zavodunda partlayış baş verib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın da başlayıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub. Yaralıların da olduğu deyilir.
Qeyd olunur ki, partlayış spirt saxlanan çəndə baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.