Argentina-Azərbaycan əlaqələri ilə bağlı - VİDEOMÜRACİƏT

Argentina-Azərbaycan əlaqələri ilə bağlı - VİDEOMÜRACİƏT
"Azərbaycanla Argentina arasında diplomatik münasibətlər müstəqilliyimizin ilk illərindən quruldu".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan - Iberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov yaydığı videomüraciətdə bildirib.

"Argentina Respublikası 9 mart 1992-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıdı və ikitərəfli münasibətlər daha da inkişaf etməyə başladı.

Azərbaycanla Argentina arasında siyasi və parlamentlərarası səviyyədə çox yaxşı ikitərəfli əlaqələr mövcud idi.

Ancaq müvafiq paytaxtlarda səfirliklərin yaradılması ikitərəfli münasibətlərin daha da inkişafına böyük kömək etdi", - deyə Mahir Qurbanov vurğulayıb.
 
 


OXŞAR XƏBƏRLƏR