No Image
No Image

"Arbidol, favipiravir faydasızdır, ən yaxşısı..."- Koronavirusu yüngül keçirənlər hansı dərmanları qəbul etsin?

Bəzi hallarda koronavirusa yoluxan və xəstəliyi yüngül keçirən şəxslər xəstəliyi ağır keçirən insanlarla eyni dərmanları qəbul edir. 
Təbii ki, bu hal mütəxəssis rəyi olmadan xəstənin öz qərarına uyğun olur.
 
Maraqlıdır, xəstəliyi ağır keçirənlərlə yüngül keçirənlər eyni dərmanları qəbul etməlidirmi? Ümumiyyətlə, yoluxan və koronavirusu yüngül simptomlarla keçirən insanlar hansı dərmanları qəbul etməlidir? 

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov koronavirusu simptomsuz yaxud yüngül simptomlarala keçirən şəxsləri antibiotik qəbul etməməyə çağırıb:

"Əgər koronavirusa yoluxan şəxsin ciddi şikayətləri yoxdursa, o zaman antiviral dərmanlara ehtiyac yoxdur. Sadəcə bu şəxslər bol maye, D vitamini qəbul edə bilər ki, immun sistemi möhkəmlənsin. Belə xəstələr qan analizi verib, qan laxtalanmasını yoxlatmalıdırlar. Qanda laxtalanma yoxdursa, o zaman antibotiklərə gərək yoxdur. Bu xəstələr özünü soyuqdan qorusun, bol maye qəbul etsin və qidalanmaya diqqət etsin. Arbidol, erqoferon dərmanlarının effektliyi dünyada sübut olunmayıb, bu dərmanlardan istifadəyə gərək yoxdur. Yəni tez-tez çay içməklə, arbidol içmək arasında fərq görmürəm. Əgər xəstənin şikayətləri, temperatur artarsa, öskürəklər çoxalarsa, halsızlıq olarsa və beldə ağrılar varsa, antiviral preparatların qəbulu vacibdir. Belə məqamda da arbidoldansa, favipiravir məsləhət görürəm". 

Həkimin sözlərinə görə, bəzi insanlar mütəxəssis rəyi olmadan dərmanlar qəbul edir və beləliklə xəstəliyin gedişatı ağırlaşır:

"Xəstənin ümumi vəziyyəti həkim tərəfindən müəyyənləşdirilməlidir və müalicə üsulu təyin olunmalıdır. Yaxşı olardı ki, koronavirusa yoluxan şəxs qan analizi versin, nəticələrə uyğun həkim müalicə üsulu seçsin. Ola bilər ki, resepti mütəxəssisdən yox, əvvəllər koronavirus xəstəsindən alan şəxsdə həmin insalnla eyni problem olmasın. Belə olan halda şəxs xəstəliyi yüngül keçirəcəyi halda daha da ağırlaşa bilər. Bu baxımdan mütəxəssis rəyi olmadan dərmanlardan istifadə etmək olmaz". 

Əzizə Zeynal
Sfera.az





Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu xəstələrə əlillik müddətsiz təyin ediləcək

Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı əlilliyin hansı hallarda müddətsiz təyin ediləcəyi müəyyənləşib. Sfera.az-ınn məlumatına görə, bu, "Əlil...

Yeni mutasiyanın fərqli simptomları bəlli oldu – Bu şəxslərdən dərhal koronavirus testi verməsi tələb olunur!

Koronavirusun yeni mutasiyasının COVID-19-dan fərqli xüsusiyyətlərə malik olduğu açıqlanıb.   Sfera.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma...

Yeni araşdırmanın nəticəsi şok etdi: Bu bölgələrdə yaşayanlar koronavirusa yoluxmur

COVİD-19-la bağlı yeni araşdırma aparılıb.   Sfera.az bildirir ki, ingiltərəli elm adamları bəzi şəxslərin niyə koronavirusa yoluxmadığı ilə bağlı geneti...

Hər mövsüm koronavirusa qarşı peyvənd olunacağıq - Adil Qeybulladan AÇIQLAMA

"COVİD-19-a qarşı vaksin müvəqqətidir”.   Bunu Sfera.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla "vaksinlər mövsümü xarakter daşıya ...

Bu dondurmalar sizi zəhərləyə bilər - Nələrə diqqət etməli?

Havaların istiləşməsi ilə dondurmaya olan tələbat da artır. Ənənəvi olaraq, hər il hər bir müştəridə hansı dondurma daha yaxşıdır, hansı dondurma daha kefiyyətl...

Koronavirusu simptomsuz keçirdiyinizi düşünürsünüzsə, dırnaqlarınıza baxın! - Alimlərdən təəccübləndirən AÇIQLAMA

COVİD-19-un yeni əlaməti müəyyən edilib.   Sfera.az bildirir ki, İngiltərədə aparılan son araşdırmalara əsasən, dırnaqlar üzərində görünən qəribə xətlər ...