\"Araz market\"də çek problemi: \"ƏDV-ni geri almaq üçün kod verilmir\"

\
 

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılıb. Belə ki, vətəndaş nəzarət-kassa aparatının çekində yer alan 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə və ya QR kod vasitəsilə ƏDV-nin bir hissəsini geri ala bilər.

Lakin bu dönəmdə bir sıra marketlərin çeklərində fiskal İD-nin olmaması, vətəndaşlar tərəfindən narazılıqlara səbəb olur. Bu dəfə isə şikayət marketin daha əvvəl çekləri fiskal ID ilə verməsinə baxmayaraq daha sonra verilən çeklərdə sözügedən kodların yer almaması ilə bağlıdır.

"MediaPost" xəbər verir ki, Ayxan Əhmədov adlı Bakı sakini mövcud problemin "Araz" supermarketlər şəbəsindən birində yaşandığını bildirir:

"Statistika dairəsi (İnşaatçılar prospekti) yaxınlığında yerləşən "Araz"da son bir həftə ərzində müştərilərə verilən qəbzlərdə fiskal ID və ya QR kod yoxdur. Bu da ƏDV-ni geri qaytarmağa imkan vermir. Kassirlərdən soruşduqda isə sistemi dəyişdirdikdən sonra bu cür olduğu bildirirlər".


OXŞAR XƏBƏRLƏR