No Image

Araz Abdullayev Türkiyə klubuna keçir

Araz Abdullayev Türkiyə klubuna keçir
 Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyənin I divizion klubu olan "Boluspor”da davam etdirəcək.

Bu barədə məlumatı özəl olaraq Türkiyənin ajansspor.com saytı yayıb.

Məlumatda 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 şərti ilə müqavilə bağlandığı bildirilib.

Qeyd edək ki, vaxtı ilə İngiltərənin "Everton” klubu ilə müqavilə bağlamış Araz Abdullayev Yunanıstanın "Panionios” və Kiprin "Anortosis” komandalarında legioner həyatı yaşayıb. "Boluspor”da daha əvvəl azərbaycanlı futbolçulardan hazırda klubsuz qalan İlqar Qurbanovla (2008/09, icarə) Vaqif Cavadov (2015) da oynayıb.

OXŞAR XƏBƏRLƏR