Araz Abdullayev \"Boluspor\"da debüt etdi
11:40 / 22.09.2020
1848
Türkiyə birinci liqasında 2-ci turun oyunları keçirilib.
Sfera.az xəbər verir ki, Araz Abdullayevin çıxış etdiyi "Boluspor" səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.
Araz matçın 70-ci dəqiqəsində meydana daxil olub və yeni komandasında debüt edib.
"Boluspor" 2 turdan sonra 1 xal toplayıb.