Arayik Arutyunyan “sərəncam” imzaladı: “DQR”in strukturu dəyişilir
16:23 / 18.12.2020
2615
Qondarma Dağlıq Qarabağ rejiminin lideri Arayik Arutyunyan "respublika”nın strukturunu dəyişməyi nəzərdə tutan "sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, "hökumət”in aşağıdakı quruluşu müəyyən edilir:
1) Dövlət Naziri
2) Əmək, Sosial və Miqrasiya İşləri Nazirliyi
3) Səhiyyə Nazirliyi
4) Ədliyyə Nazirliyi
5) Xarici İşlər Nazirliyi
6) İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi
7) Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi
8) Müdafiə Nazirliyi
9) Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi
10) Şəhərsalma Nazirliyi
11) Maliyyə Nazirliyi
Bundan sonra "Artsax Dövlət naziri” səlahiyyətlərini Maliyyə naziri həyata keçirəcək.
"Hökumət”ə yuxarıda göstərilən "fərman”dan irəli gələn müvafiq qərarlar vermək tapşırılıb.
(propress.az)