No Image
No Image

“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - Açıqlama

“Arayik Arutunyana cavab verilməməlidir, bu səhvi buraxmamalıyıq” - Açıqlama
"Arayik Arutunyan və qondarma qurumun verəcəyi qanunların, işlədəcəkləri ifadələrin heç bir hüquqi əsası yoxdur. Real mənzərə ondan ibarətdir ki, 44 günlük müharibədə Azərbaycan Ermənistanı məğlub edərək öz ərazi bütövlüyünü bərpa edib”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Turan Rzayev separatçı rejimin "işğal olunmuş ərazilər haqqında” qondarma "qanun layihəsi” barədə danışarkən deyib. O bildirib ki, Arutunyan bu tip bəyanatlar verməklə öz varlığını göstərməyə çalışıb:

"O, bununla rəsmi Bakını qıcıqlandırmağa və dolayı yolla ona siyasi cavabın verilməsinə səy göstərir. Azərbaycan tərəfi isə qondarma qurumun atdığı addımlarla bağlı heç bir reaksiya vermir. Bəzən bu hal cəmiyyətimizdə də tənqid olunur. Əslində ölkə rəhbərliyinin addımı doğrudur. Çünki Azərbaycan beynəlxalq hüquqla tanınan ölkədir və bu gün bizim qondarma quruma və ya onun rəhbəri Arayikə cavab verməyimiz faktiki olaraq onu tanımaq, eyni zamanda onunla özümüzü bir mərtəbəyə qoymaq anlamına gələr. Heç bir halda, Azərbaycan bu diplomatik səhvi etməməlidir”.
 

Müsahibimiz xatırladıb ki, Arayik və onun qurumu hələlik Xankəndi və onun ətrafındakı kiçik ərazilərdə qalıb:
 
"Digər tərəfdən Azərbaycanın icazəsi ilə Ermənistanla bağlantıları mövcuddur. Bu gün Azərbaycan istədiyi an Laçın dəhlizini bağlamağa qadirdir. Son prosesləri nəzərə alsaq, bizim əlimiz daha güclüdür. Hər an Arayik Arutuyana qarşı anti-terror əməliyyatı keçirilə bilər, hər an yeni "Dəmir Yumruq” əməliyyatını görə bilərik”.

Qeyd edək ki, qondarma rejimin hazırladığı "qanuna” əsasən, bundan sonra 1991-1994, 2016 və 2020-ci ildə işğaldan azad etdiyimiz ərazilərə, yəni Füzuli, Zəngilan, Suqovuşan, Cəbrayıl, Hadrut, Şuşa və digər rayonlarımıza səfər edən xaricilər "arsax”a buraxılmayacaq. Söhbət Qarabağın yuxarı hissəsi olan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı ərazilərindən gedir.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Əhmədov və bu nazirlərlə bağlı Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev "Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılm...

Rəsmi Bakıdan hərbçimizin snayperlə vurulmasına - REAKSİYA

"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sər...

Makronun Bakıya da səfəri gözlənilir

Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Ermənistana səfər edəcəyi barədə xəbər yayılmışdı. Bu gün isə məlum olub ki, Makronun İrəvan ilə y...

Vilayət Quliyev səfir vəzifəsindən GERİ ÇAĞIRILDI

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Sfera.az-ı...

Nəcməddin Sadıkovun yerinə Kərim Vəliyev GƏTİRİLDİ

Uzun zamandır gözdən itən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı sosial şəbəkələrdə bəzi söz-söhbətlər yayılmaqd...

Məğlub general müdafiə naziri olmaq astanasında... - Paşinyanın məqsədi nədir?

"Vaqarşak Arutyunyanın Müdafiə Nazirinin vəzifəsini həyata keçirməkdən uzaqlaşdırılması Ermənistanda çoxdan gözlənilirdi və bu siyasi dairələr üçün təəccüblü ol...