Araq içmək koronavirusla mübarizədə effektlidir? – Rusiya Səhiyyə Nazirliyi rəsmisindən AÇIQLAMA

Araq içmək koronavirusla mübarizədə effektlidir? – Rusiya Səhiyyə Nazirliyi rəsmisindən AÇIQLAMA

Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrı Zurab Kekeridze özünütəcrid müddətində alkoqollu içkilər qəbul etməyin zərərləri haqda danışıb.

 

 

Sfera.az-ın xəbərinə görə, mütəxəssisin alkoqolun yalnız bir müddət narahatlıq və qorxu hissini kütləşdirdiyini əsas gətirərək, koronavirusla mübarizədə spirtli içki qəbulunu məqbul saymadığını bildirib.


Mütəxəssis həmçinin vurğulayır ki, həkimə müraciət etmədən antidepressantlar qəbul etmək də doğru deyil. Kekelidze, koronavirus pandemiyasının yaratdığı vəziyyətin insanlarda stressə səbəb olduğunu qeyd edib: "Buna görə də insan epidemiyaya istənilən stresli vəziyyət kimi reaksiya verir. İlk beş gündə kəskin reaksiya meydana gəlir, sonrakı bir həftə keçid dövrü davam edir, daha sonra isə travmatik stress pozğunluğu müşahidə olunur”.

 

 

Mütəxəssis stressə sinə gərmək nə qədər ağır olsa da, onu alkoqolla "susdurmağ"ı məsləhət görmür. Onun sözlərinə görə, mütəxəssislə söhbət daha effektlidir.

 

Bundan əlavə, psixiatr özünütəcridi həbs kimi qəbul etməməyi məsləhət görür. Psixiatr bizə əvvəllər vaxt qıtlığı səbəbindən edə bilmədiklərimizi etməyi, TV-də stress yaradan proqramlara baxmamağı və idmanla məşğul olmağı tövsiyyə edib.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR