Araiklə erməni generalın məxfi yazışması üzə çıxdı: “Dağıtdıq Şuşanı, sonra nə?”

Araiklə erməni generalın məxfi yazışması üzə çıxdı: “Dağıtdıq Şuşanı, sonra nə?”

Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyan və erməni generalı Samvel Babayanın Şuşanı tamamilə məhv etməyi planlaşdırdıqları məxfi yazışmaları üzə çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə erməni Yutub kanalı "Lurer” məlumat yayıb.

İki terrorçunun danışıqlarından belə görünür ki, general Babayan Şuşaya raket zərbələri endirrək məhv etməyi vacib sayıb.

Təsəvvür edin, onlar bütün dünyaya xristian kilsəsinə raket mərmisinin düşməsindən danışır, lazım gələndə isə özləri bu qədim Azərbaycan şəhərinin bütün infrastrukturunu məhv etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Yeri gəlmişkən, kilsəyə raket zərbələrinin də erməni tərəfindən endirildiyi sübuta yetirilmişdi.

Həmən o gizli yazışmanı sizə təqdim edirik:

Babayan: Gəlin, döyüş tapşırığını hesablayaq. Otuz "Smerç” atışı ilə Şuşanı yerlə-yeksan edirik. Orada hamını öldürürük. Hər şeyi məhv edirik. Şəhəri geri götürürük.

Arutyunyan: Bundan sonra nə? Müqavimətin gələcək perspektivi çox kədərlidir… Ordunun və mülki əhalinin vəziyyəti müharibə aparmağa imkan vermir. Dağıtdıq Şuşanı, götürdük geri, sonra nə?

Babayan: Bu gün bizim bütün ordumuzun iki "Qrad”ı və mərmisi olmayan on haubitsamız var. Qalan hər şey məhv edilib. /Axar.az


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...