Araik Arutyunyan Yerevanda döyüldü: “Ermənistanın işlərinə qarışma...”

Araik Arutyunyan Yerevanda döyüldü: “Ermənistanın işlərinə qarışma...”
"Araik Arutyunyanın Ermənistandakı anlaşılmaz fəallığı ilə əlaqədar onu özünün və  Artsaxın problemləri ilə məşğul olmağa çağırıram”.
 
Bunu "Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyan fevralın 26-da jurnalistlərlə görüşü zamanı bildirib.

"Araik, Ermənistanın daxili siyasi problemləri ilə deyil, öz işlərinlə məşğul ol! Nikolla Artsaxı təslim etməyə razılaşdığın haqda düşün. Sən də buna görə məsuliyyət daşıyırsan”,- deyə o, vurğulayıb.
 
Deputat əlavə edib ki, bunkerdə olan və Anna Akopyana məxfi məlumat əldə etmək hüququ olmadığını söyləməyənlər də məsuliyyətə cəlb olunacaqlar.
Xatırladaq ki, Baş Qərargahın baş nazir Nikol Paşinyanın və hazırkı iqtidarın təcili  istefasını tələb etməsi səbəbilə Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsindən dərhal sonra Araik Arutyunyan İrəvana gələrək fəal şəkildə görüşlər keçirib.

Bu arada isə Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu lideri Araik Arutyunyan arasında baş tutan görüş də gərgin keçib.

Bu haqda məlumat yayan "168 Jam” qəzetinin məlumatına görə, görüş zamanı Arutyunyan Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan Arutyunyana şillə vurub və görüş bununla da başa çatıb.

Mənbə: News.am
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...