Araik Arutunyanın “qəhrəman” adı verdiyi terrorçu öldürüldü - FOTO
17:37 / 26.11.2020
2073
Qarabağ separatçılarının rəhbəri Araik Arutunyanın "Artsax qəhrəmanı” adı verdiyi Babken Vardanyanın cəsədi tapılıb.
Sfera.az istinadən xəbər verir ki, Ermənistanın Armavir vilayətinin Sərdarapat kəndinin sakini olan Vardanyan noyabrın 3-nə keçən gecə məhv edilib.
Arutunyan Babken Vardanyanın Füzuli şəhəri və Qaraxanbəyli kəndi istiqamətində döyüşlərdə fərqləndiyi üçün ona oktyabrın 4-də "qəhrəman” adı vermişdi.
(modern.az)