Ara Ayvazyanın yalançı optimizmini ifşa edən 4 tezis – Erməni nazirə çətin suallar
Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan son prosesləri dəyərləndirən diplomatik cəbhədə Ermənistanın məğlub olmadığını bəyan edib.
Sfera.az xəbər verir ki, nüfuzlu "Cilicia project” teleqram kanalı erməni nazirinin yalançı "optimizm”ini ifşa edən və erməni diplomatiyasının son illərdəki uğursuzluqlarını əks etdirən teziləri təqdim edib:
1) Bir vaxtlar danışıqlar prosesinin bərabərhüquqlu tərəfi olan Dağlıq Qarabağ sonradan prosesdən tamamilə uzaqlaşdırıldı. Ermənistan Arsaxı təmsil etmək öhdəliyini öz üzərinə götürdü. Belədə isə Azərbaycanın bəyan etdiyi kimi torpaqların Ermənistan tərəfdən işğal olunması faktını təsdiqləmiş oldular. Nəticədə xalqların öz müqəddəratını təyinetmə prinsipi arxa plana keçdi.
2) Ermənistan konfliktin paket planına uyğun həlli məsələsində razılığa gələ bilmədi. Hansı ki, burada "bir paketdə” Dağlıq Qarabağın yeni statusunun müəyyənləşməsi, işğala son qoymaq və təhlükəsizlik koridorunun müəyyən edilməsi yolu ilə konfliktin aradan qaldırılması nəzərdə tutulurdu. Yəni, burada bütün sualların eyni anda həllini nəzərdə tuturdu.
3) Ermənistan münaqişənin mərhələli şəkildə həllinə razılıq verdi. Hansı ki, bu zaman ilk növbədə 7 rayon Azərbaycana qaytarılmalı idi. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsi həll olunacaqdı.
4) Bütün bunlar ona gətirib çıxardı ki, 7 rayonun təhvili qaçılmaz oldu. Yeni erməni hökumətinin danışıqların gedişini dəyişməyə çalışaraq, qondarma "DQR”-i də prosesə cəlb etmək cəhdləri belədə ATƏT-in Minsk qrupu tərəfindənneqativ reaksiya ilə qarşılandı. Hətta Ermənistanı danışıqları pozmaqda ittiham etdilər.
Nəticədə Azərbaycan İrəvanın əvvəlki razılaşmadan uzaqlaşmaq cəhdlərini görüncə, müharibəyə başladı. Bunun da nəticəsində Ermənistan danışıqlar zamanı təklif ediləni belə ala bilmədi.
Elçin
Sfera.az