Aqoniya nədir
18:00 / 25.01.2020
4533
Aqoniya nədir?
Canvermənin əlamətləri
Aqoniyadan sonra kliniki ölümə keçid başlayır. Bu qan dövranının dayanması ilə xarakterizə edilir. Ürək fəaliyyəti qəflətən dayandıqda isə aqonal tənəffüs bir neçə dəqiqə davam edə bilir.
Kliniki ölüm zaamanı toxumaların oksigenlə qidalanması dayandığına görə hipoksiyalar baş verir. Buna sirkulyatot hipoksiya deyilir. Hipoksiyanın baş verməsinə ürək, tənəffüs sistemi və beynin fəaliyyətinin pozulması səbəb olur. Əksər hallarda qan dövranının pozulmasına və dayanmasına ürək zədələnmələri səbəb olur.
Canvermə ilə əlaqədar olan funksional dəyişikliklərin əsasını orqanizmin ümumi hipoksiyası nəticəsində maddələr mübadiləsinin pozulması tutur. Çünki beyin toxumasında gedən mübadilə prosesləri hipoksiya zamanı daha tez pozulur. (milli.az)
Müəyyən edilmişdir ki, qan dövranı qəflətən dayandıqda beyin toxuması öz qlükoza və kreatinfosfat ehtiyatını 1 dəqiqəyə, qlikogenehtiyatını isə 5 dəqiqə ərzində sərf edir. Energetik mübadilənin əsas substratlarından biri olan ATF isə cəmi 3-5 dəqiqə ərzində yox olur. Bu zaman isə əmələ gələn süd turşusu beyin toxumasının asidozuna səbəb olur.
Bütün bu proseslər və morfoloji dəyişikliklər ilk növbədə sinir toxumasının, sonra isə digər toxumaların patoloji dəyişilməsinə səbəb olur.