No Image
No Image

Apteklərin bayramıdır - Əlaltından 750 manata dərman satırlar

Apteklərin bayramıdır - Əlaltından 750 manata dərman satırlar
"Favipiravir" adlı dərmanı 750 manata satırlar”.
 
Sfera.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının çatışmazlığından danışarkən deyib. Onun sözlərinə görə, pandemiya ilə mübarizədə istifadə olunan dərmanların bəzilərini qara bazarda tapmaq olur:

"Dərman çatışmazlığından, qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatları nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. "Favipiravir" adlı Adərmanı 750 manata satırlar".

Məsələni araşdırmaq üçün Bakı şəhərində fəlaiyyət göstərən apteklərdə müraciət etdik. "Depo", "Zəfəran", "Nar", "Planet" və s. apteklərdən "Favipiravir" adlı dərmanın hazırda satışda olmadığını və bir müddət bundan öncə qutardığını bildirdilər.

Qeyd edək ki, bundan əvvəl jurnalist Şəmşad Ağa da bu mövzuya toxunub:

"Artıq koronavirus ölkədə mənfi nəticələrini göstərir və sonucun necə olacağını heç kəs proqnozlaşdıra bilmir. Amma dəhşətlisi odur ki, COVİD19-a qarşı effektiv sayılan preparatlardan biri - "Favipiravir" ölkədə apteklərdə tapılmır, əl altdan 450-500 manata satılır. Xatırlayırsınızsa, xəstəlik Azərbaycanda yenicə yayılanda indi apteklərdə 7-14 manata satılan "Arbidol" 100-150 manata satılırdı. İndi biri izah etsin görək, bu ölkədə 500 manata "Favipiravir" ala biləcək neçə adam var? Bu nə nəzarətsizlik və özbaşınalıqdır? Bəs bu dərman monopoliyası ilə məşğul olanlarda heçmi vicdan qalmayıb? Axı 3 gün bundan əvvəl övladlarını müharibəyə göndərən insanlara bu soyğunçuluğu necə rəva görürlər? Bu soyğunçuluqla erməni işğalçılarının Ağdamı, Füzulini, Cəbrayılı və s. soyub dağıtmaları arasında heç bir fərq yoxdur...” /Qaynarinfo
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Onlara vaksin vurmaqdan imtina etmişik” – Baş həkim

"Bir həftə ərzində 100 nəfər vaksinasiya olunub, hələ ki, peyvənd ancaq səhiyyə işçilərinə vurulur". Bunu vaksinasiya prosesi ilə bağlı Sfera.az-a ...

"Bu şəxslərin peyvənd olunmasına gərək yoxdur" - HƏKİMDƏN AÇIQLAMA

"Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan...

Vaksinasiya ilə bağlı bütün DETALLAR: Baş nazirin imzaladığı sərəncamın TAM MƏTNİ

Nazirlər Kabineti "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın təsdiq edib. Sfera.az xəbər veri...

Azərbaycanda peyvəndləmədən imtina edənlərlə bağlı QƏRAR: “İnzibati tədbirin həyata keçirilməsi...”

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiril...

Peyvəndin birinci və ikinci mərhələdə kimlərə vurulacağı bəlli oldu

COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları açıqlanıb.     APA-nın məlumatına görə, bu gün Nazirlə...

Peyvənd olunmuş azərbaycanlı həkim: "İynə vurulan qolum üstündə yata bilmədim"

Türkiyədə yaşayan azərbaycanlı həkim Turanə Rəsulova peyvənd olunduqdan sonra vəziyyəti barəsində "Facebook"da məlumat paylaşıb: "İlk vaksin dozamı almağı...