Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı

Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı yeddiyə çatdı
 Bakının bir sıra apteklərində tibbi (etil) adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib.

Bu barədə oxu.az-a Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.

Aprelin 2-də, saat 03:40 radələrində 1963-cü il təvəllüdlü Adil Yaxşıyev Bakının Suraxanı rayonundan Toksikoloji Mərkəzə çatdırılıb. Məlum olub ki, o, saxta spirt içib. Saat 06:00-da xəstə ölüb. Elə həmin gün daha əvvəl xəstəxanaya yerləşdirilmiş başqa bir xəstə də həyatını itirib.

Aprelin 2-nə olan məlumata görə, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşları "95%-li tibbi spirt”in gizli istehsalçılarını müəyyənləşdirmək məqsədilə araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...