Aptekdən “yayılan” qorxulu \"qara qızdırma\" epidemiyası... - Həkimdən açıqlama

Aptekdən “yayılan” qorxulu \
"Azərbaycanda daha bir təhlükəli və yolxucu virus yayılıb”.

Sfera.azxəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xəstəlik əvvəl boğazdan tutur, oradan sinəyə keçir, insanı halsızlaşdırır, sonra da qızdırmaya çevrilir və bir neçə sistem vurulandan sonra sağalır.

Məlumatda xəstəliyin bütün Bakıya yayıldığı da vurğulanıb. Məlumatı yayan sosial şəbəkə istifadəçisinə bu haqda apteklərdən birində satıcılar xəstəliyin adının "Qara qızdırma" olduğunu deyiblər. Satıcılar bildiriblər ki, bu xəstəlik koronavirus və "Delta" ştammından da ağır və tez yoluxucudur.

Tibbi ekspert, professor Mübariz Əliyev Qaynarinfo-ya açıqlamasında bu məlumatın şayiə olduğunu deyib:

"Rəhmətlik Məmməd Aslan deyirdi ki, "Azərbaycan mediası bizim kəndin örüş sahəsinə oxşayır, kim istəyir inəyini buraxır ora”. Bir az demokratiya veriblər, kim nə istəyir, onu da yazır. Yalan sözdür. Belə bir xəstəlik eşitməmişik, boş söhbətlərdir”.

OXŞAR XƏBƏRLƏR

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...