“Apple” sükansız və pedalsız elektromobil buraxmaq istəyir

“Apple” sükansız və pedalsız elektromobil buraxmaq istəyir
ABŞ-ın "Apple" şirkəti 2025-ci ildə sükansız və pedalsız tam avtonom idarəetmə sisteminə sahib olan elektrikli avtomobil buraxamağı planlaşdırır.

Sfera.az  xəbər verir ki, bu barədə şirkətin planlarının müzakirəsindən məlumatı olan mənbələrə istinadən "Bloomberg” yazır.

Qeyd edilir ki, avtomobildə sükan olmasa da, onun təcili idarəetmə rejimi ilə təchiz olunması nəzərdən keçirlir. Avtomobilin dünya üzrə bütün şarj cihazlarını dəstəkləyəcəyi nəzərdə tutulur. Şirkət ilk elektromobilində istifadə olunacaq prossesor üzərində əsas işlərin əksər hissəsini artıq yekunlaşdırıb.

Xatırladaq ki, son bir neçə ildə "Apple” şirkəti "Titan” layihəsi çərçivəsində tam avtonom və məhdud imkanlı idarəetməli modellərin yaradılmasını tədqiq edib. İndi mühəndislər işini tam şəkildə ilk variant üzərində cəmləşdirib. Hələ bu ilin əvvəlində avtomobilin yaradılmasına 5-7 il sərf olunacağı ehtimal edilsə də, şirkət bunu artıq 4 ildən sonra etmək niyyətindədir. "Tesla” da daxil elektomobil bazarının bütün liderləri tam avtonom avtomobil buraxmaqdan uzaq olduqları üçün "Apple”ın bu planı kifayət qədər ambisiyalıdır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"WhatsApp"da yeni FUNKSİYA

"WhatsApp"da ismarıcların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub. Sfera.az xəbər verir ki, bundan sonra ismarıclar istifadəçinin təyin etdiyi müd...

Rəşad Nəbiyev: "Bu, cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin..."

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 92 ədəd mobil rabitə operatorlarının baza stansiyaları fəaliyyət göstərir. Ərazilərin 72 %-i 2G şəbəkəsi ilə, 5...

“Apple” şirkəti Xankəndinin adını qaytardı

İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin rəsmi adları sosial platformalarda yenidən düzgün formada qeyd olunmağa başlanılıb. Sfera.az "yenisabah.az"a...

İnstaqramın işində nasazlıq yarandı

İnstaqram sosial şəbəkəsinin işində yenidən nasazlıq yaranıb. Sfera.az xəbər verir ki, bu barədə "Downdetector” saytı məlumat yayıb. Bildirilib ki, ...

“Google” Lütfi Zadəyə həsr olunan "dudl" təqdim etdi - FOTO

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr edilib. Sfer...

İnternetə məlumat sızdı: "iPhone 14" belə olacaq - Yeni funksiyalar/FOTOLAR

"iPhone 14" bir çox yeni funksiyalara sahib olacaq.   Sfera.az bildirir ki, Apple yeni nəsil telefonları satışa çıxarmamışdan qabaq, artıq haqqında bəzi ...