"Apple" şirkəti Şuşa ilə bağlı səhvini düzəltdi - FOTO

"Şuşa” adı ilə bağlı daha bir uğura imza atılıb.
 
Sfera.az bildirir ki, bu barədə mobil tətbiqlər üzrə ekspert Asif İbrahimov məlumat verib. O, bir müddət əvvəl, özü və səlahiyyətli şəxslərin rəsmi "Apple” və "TomTom” şirkətinə müraciət etdiyini və xəritələrdə "Shushi” deyil, "Shusha” qeyd edilməli olduğunu deyib. İbrahimov nəticədə uğurun əldə edildiyini vurğulayıb.

"Görəcək hələ çox işlər var, ölkəmizin mənafeyini qorumaq hər birimizin bir nömrəli borcudur! Harda uyğunsuzluq görsəniz, rəsmi müraciət edin. "Dama-dama göl olar” sözü boşuna deyilməyib. Həm də vətəndaş borcunuzu yerinə yetirmiş olarsınız”, - deyə ekspert əlavə edib.
 


Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR