"Apple" 5G texnologiyası ilə 75 milyon smartfon buraxacaq
Maraqlı
13:15 / 01.09.2020
2668
"Apple” şirkəti ilin sonunadək 5G texnologiyasını dəstəkləyən 75 milyon smartfon istehsal etmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi yazır.
Qeyd olunur ki, "Apple” bu təkliflə tədarükçülərə müraciət edib. Bu göstərici "Apple”ın ötənilki istehsal göstəricilərinə bərabərdir.
Xatırladaq ki, şirkət oktyabr ayında 4 yeni "iPhone” modelini satışa çıxaracaq. Bu smartfonların 5G texnologiyasını dəstəkləyəcəyi deyilir.