APL-də III turun iki oyunu keçiriləcək
11:22 / 11.09.2021
1420
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Sfera.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Tur "Sabah" - "Qəbələ" matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Sabah", 4-də isə qonaqlar qələbə qazanıb. Topların fərqində də meydan sahibləri üstünlüyə malikdir - 14:11.
Günün digər qarşılaşmasında "Keşlə" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri keçirdiyi hər iki görüşdə məğlub olub. Qonaqlar isə 1 xalla 6-cı sıradadır. Paytaxt təmsilçiləri çempionatda 23 dəfə qarşılaşıb. Bunların 6-də "Keşlə", 7-də isə "Zirə" 3 xal qazanıb. Topların fəriqində qonaqların minimal üstünlüyü var - 28:27.
Azərbaycan Premyer Liqası, III tur
18:00. "Sabah” – "Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bank Respublika Arena".
20:15. "Keşlə” –"Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASK Arena".
Qeyd edək ki, III turun "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" oyunları sentyabrın 12-də olacaq.