Aparıcıdan qiymət bahalılığına münasibət: \"Necə dolanmağımız əməllicə möcüzədir”

Aparıcıdan qiymət bahalılığına münasibət: \
Tanınmış aparıcı Turan İbrahimov qiymətlərin bahalılığından şikayətlənib.
 
Sfera.az bildirir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İbrahimov xüsusilə son zamanlar ərzaqların artan qiymətlərindən söz açıb.

"Vallah bizim insanlara halal olsun. Marketlərdə hər şeyin qiyməti günbəgün, aybaay qəpik-qəpik, manat-manat qalxır, maaşlar isə olduğu kimi qalır. Necə dolanırıq, əməllicə möcüzədir”, - deyə o qeyd edib.

T. İbrahimov həmçinin, məsələni şişirtmədiyini və bunun ayrıca sosioloji araşdırma mövzusu olduğunu vurğulayıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR