“APA Group”-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib

“APA Group”-un rəhbəri və əməkdaşları DSX-nın medalı ilə təltif edilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev "APA Group”-un rəhbəri və əməkdaşlarını "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

APA-nın məlumatına görə, bu gün "APA Group”-un qonağı olan  Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov medalı "APA Group”-un rəhbəri Vüsalə Mahirqızına, redaktor Hafiz Heydərova və müxbir Günay Elşadqızına təqdim edib. 

Qeyd edək ki, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.


2 / 3
 

OXŞAR XƏBƏRLƏR