Antonov “Qəbələ”də

Antonov “Qəbələ”də

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib. 

Sfera.Az klubun saytına istinadən məlumat verir ki, Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub və Sergey Zenyovu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.

Komanda Ukrayna milli komandasında çıxış etmiş Aleksey Antonovla 2 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Qəbələ” ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Ukraynalı legionerin son klubu Qazaxıstanın “Aktobe” komandası olub. O, 2014-cü ilin iyununda bu kluba keçib. Bunadək isə vətənində, həmçinin Rusiyanın “Kuban” klubunda çıxış edən hücumçu “Dnepr” klubunun yetirməsidir. 2002-2004-cü illərdə bu klubun 2-ci komandasında forma geyən A.Antonov sonradan 3 il “Kuban”ın şərəfini qoruyub. Hücumçu Ukraynada “Metallist” (2007-2010), “Zarya” (2008-2009, icarə əsasında), “İliçevets” (2010-2011), “Dnepr” (2011-2013), “Krivbass” (2012-2013, icarə əsasında), “Çernomorets” (2013-2014) komandalarında oynayıb.

Ukraynanın U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş A.Antonov əsas yığmada 2 matç keçirib.


OXŞAR XƏBƏRLƏR

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...