\"Antiteli olan şəxslərdə də koronavirusa yoluxma halı olur” – Həkim
12:13 / 02.09.2021
2208
"Koronavirusa yoluxaraq bizə müraciət edən xəstələrin 90-95
faizi vaksin olunmayan şəxslərdir".
Bunu Sfera.az-a açıqlamasında daxili xəstəliklər uzmanı Həbib Sahratov bildirib. Həkim təcrübəsində vaksin olunan şəxslərin də koronavirusa yoluxduğunu deyib:
"Vaksinləndikdən sonra xəstəliyə yoluxan şəxslər də müalicə üçün bizə müraciət edir. Çünki peyvənd 90-95 faiz qoruyuculuğa malikdir. Yoluxaraq, müalicə olunan şəxslər xəstəliyi qısa müddət ərzində ötüşdürür. "Sinnovac", "Sputnik" və "Pfizer" vaksinlərindən istifadə edən şəxslərdən koronavirusa yoluxma ehtimalı çox aşağıdır və bu şəxslərdə ağırlaşma müşahidə olunmur".
Mütəxəssis antitel sayının da yoluxmaya təsri etdiyini vurğulayıb:
"Antiteli olan şəxsəlrdə də koronavirusa yoluxma halı olur. Lakin təcrübədə görülməyib ki, antiteli yüksək olan şəxs koronavirusa yoluxsun. Antitellərin analizində nəticə 50-dən aşağı ya da yuxarı olaraq hesablanır. Nəticənin yüksək olması yoluxmanın olmamasına, yaxud simptomsuz keçirilməsinə imkan verir".
Əzizə Zeynal
Sfera.az