No Image
No Image

Antibiotiklər erası bitdi, xəstəliklərin dərmanı daxilinizdədir - İmmunitetin açarını tapan professor

Antibiotiklər erası bitdi, xəstəliklərin dərmanı daxilinizdədir - İmmunitetin açarını tapan professor
Rusiyada yaşayıb çalışan professor, toksiki-septiki vəziyyətlər üzrə mütəxəssis, Seçenov adına institutun əməkdaşı Musa Abidov uzun illərin təcrübələri nəticəsində o immunitetə lazım olan əsas dərmanları və açarları tapıb.

O hesab edir ki, 70% xəstəliklərin spesifik müalicəsi yoxdur, tibb yüzlərlə xəstəliyin qarşısında acizdir, dərmanlar sadəcə xəstəliyin xarici simptom və ağrılarını aradan qaldırmaq üçün yazılır.

Professor Abidovun immunitetin əsas dostları barədə açıqlamasını təqdim edirik:

"Bu gün çox insanlar xəstəlikdən dərmanın olmamasına görə ölür. Həkim nəsə yazır, amma bu müalicə yox, sadəcə simptomları yüngülləşdirmək üçündür. Ən azı 20 min xəstəliyin dərmanı yoxdur.

Müasir tibb protokolları və həkimlər belə işləyir: xəstə həkimə gəlir, başı ağrıyır, həkim ağrıkəsici yazır, qarmı ağrıyır no şpa, hərarəti var parasetamol, ürəyi ağrıyır validol, zobu var hormonlar, ödü şişib əməliyyat. Ən pisi odur ki, hormonal dərmanlar, anbitiotiklər və immunstimulyatorlar yanaşı yazılır. Bütün bununla da müasir həkimin yardım imkanları bitir.

Hippokratın vaxtından bütün xəstəliklərin dərmanı axtatılır, amma tapılmır. Dİgər tərəfdən Hippokrat da bilirdi ki, bütün xəstəliklərin dərmanı orqanizmin içində var. Sübut olunub ki, hər hüceyrə yaşamaq üçün proqramlaşdırılıb, orqanizm insanın asan ölməməsi və xəstəliyə təslim olmaması üçün özünün mürəkkəb müdafiə sistemini işə salır. İnsanı asanlıqla öldürmək mümkün deyil. Amma indi bu asanlaşıb, niyə?

İmmunitet nəzəriyyəsinin banisi Meçnikov hüceyrə immunologiyasına görə Nobel mükafatı almışdı, Paul Erlix isə humoral immunitetə görə bu mükafata layiq görüldü. Bu gün elmin əsas məqsədi immunitetin sirrini açmaqdır.

Məhz hüceyrə və humoral immunitet xaricdən bədənə daxil olan istənilən antigenə, virusa, vaksinə cavab reaksiyası verir. İstənilən xəstəliyə qalib gəlmək bu cavabdan asılıdır. Anadangəlmə immunitet isə - makrofaqlardır. İmmun sistemin əsas hüceyrələri.

Meçnikov ilk dəfə dəniz ulduzuna bənzər hüceyrəni – makrofaqları kəşf etdi. Onlar yad infeksiyaları udurlar, ölü hüceyrələri kənarlaşdırırlar.

Mən də Seçenov adına akademiyanı bitirdikdən sonra bu mövzu və nəzəriyyənin ardıyca getdim. Həyatımı toksiki və septiki vəziyyətlərin yaranmasında immune hüceyrələrin rolunu öyrəndim. Uzun illərin elmi araşdırması sübut etdi ki, Meçnikov makrofaqların birtərəfli fəaliyyətini açıb, əslində isə onlar çox funksiyalıdır. Onlar autoimmune, birləşdirici toxuma xəstəlikləri, bir çox sistem xəstəliklərində rol oynayır. Onların funksiyasını korrektə etmək, aktivləşdirməklə bir çox ağır xəstəlik, patologiyalara təsir etmək, müalicəsini tapmaq olar.

Bu mexanizm indiki koronavirus infeksiyasında da keçərlidir. Hələ pandemiyadan öncə biz tədqiqatlarımızla sübut etmişdik ki, məhz makrofaqların funksionallığı virusun yaratdığı patoloji prosesi və nəticəsini həll edir. Həmişə olduğu kimi həkimlər buna hazırlıqsız yaxalandılar və əllərində olan dərmanları verməkdən başqa yolları qalmadı”.

Orqanizmin özü-özü ilə MÜHARİBƏSİ

Ağir xəstəliklərdə makrofaqlar belə deyək aqressivləşir, başını itirir və o dərəcədə hücuma keçir ki, orqanizm öz-özünə müharibə elan edir və öz hüceyrələrini məhvə başlayır. Koronavirus xəstələrini də öldürən məhz bu fırtınadır.

Bu zaman makrofaqları sakitləşdirib, öz yoluna qoyan dərmanlar lazımdır.

Bir neçə illər əvvəl mənim dostum ağır vəziyyərdə mədəaltı vəzin nekrozu ilə reanimasiyaya yerləşdirilmişdi. Elə ağır durum idi ki, həkimlər sadəcə ölümü gözləyirdilər.

O zaman mən müalicə həkimindən xahiş edib, onu razı saldım ki, Tamerit adlı dərmanı xəstəyə versin. Bu makrofaqları modulyasiya edən target preparatdır.

O, heç ümid etməsə də bunu etdi və 2 həftə sonra xəstə öz ayağı ilə reanimasiyanı tərk etdi.

Bu dərman müalicə üçün deyil, o məhz makrofaqlara kömək edir, elə hesab edək ki, immunitet orkestrinə dirijorluq edir, onları işlərini düzgün ifa etməyə yönəldir.

Heç bir dərman həkim deyil, dərman insanın öz içindədir. Sadəcə bəzən onu kənardan aktivləşdirmək lazımdır”. (medicina.az)


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

Bu gündən etibarən Azərbaycan vətəndaşları yeni koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifa...

Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?

Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xe...

Mobil telefonla yuxuya gedərkən nə baş verir? – İNANILMAZ FƏSADLAR

Mobil telefon demək olar ki, hər yerdə bizi müşayiət edir. Hətta səhərə kimi telefonla birlikdə yatıb, oyanırıq. Sfera.az xəbər verir ki, mobil telefon is...

TƏBİB-dən nöqsanlar aşkarlanan xəstəxanaları ilə bağlı AÇIQLAMA

"Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə...

Son sutkada peyvənd olunanların sayı açıqlandı

 Azərbaycanda bu gün 3 694 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Koronavirusa yoluxma sayı açıqlandı, 13 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...