ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmənin vaxtı açıqlandı
10:00 / 25.07.2016
1021
Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media” şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.
Sfera.az-ın Report-a istinadən verdiyi məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 29-na təyin edilib.
İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacaq.