No Image
No Image

Anna Akopyanın Moskva macəraları – 1900 dollarlıq araq

Anna Akopyanın Moskva macəraları – 1900 dollarlıq araq
Ermənistanın baş nazirinin arvadı Anna Akopyan qızları ilə Rusiya Federasiyasının paytaxtındakı xoşbəxt turnesini davam etdirir.

Sfera.az xəbər verir ki, bunu erməni mətbuatı yazıb.

Bildirilir ki, ailə üzvlərinin budəfəki Moskva səfərləri əvvəlkilərdən fərqlənir. Belə ki, onlar mühafizəçilərlə birgə Rusiya paytaxtının ən bahalı restoran və otellərində olurlar və bütün bunları sadə insanların kinli baxışları müşayiət edir. Ermənilərin teleqram-kanalı Anna Akopyanın qızları ilə 13 yanvarda "Ararat Xayat” mehmanxanasından Moskvanın ən elitar restoranı olan "Puşkin”ə, Yeni ili qeyd etmək üçün yollandığını xəbər verir.

"Onları böyük sayda təhlükəsizlik əməkdaşları müşayiət edib, xanım Akopyana Ermənistanın Rusiyadakı səfirliyinin bütün heyəti xidmət edib”,-deyə bildirilir.

Restoranın qonaqları arasında digər ermənilərin də olduğunu vurğulayan məqalə müəllifi qeyd edib ki, onun ərinin rəhbərliyi ilə İrəvanın müharibədə məğlub olmasından sonra baş nazirin arvadının nəyi qeyd etdiyini başa düşməyiblər. "Çoxları ona təəccüblənib ki, həmin gün Əliyev Şuşada öz qələbəsini qeyd edirdi”,-deyə müəllif yazıb.

Daha sonra bildirilir ki, restoranda olanlar Akopyanın və ətrafının lüks sifarişlərindən heyrətləniblər. Şahidlərin dediyinə görə, Akopyanın əyləşdiyi masada bir neçə şüşə "Veuve Clicquot” şampanı qoyulubmuş, hansı ki, bir şüşəsi 340 dollardır, həmçinin 1900 dollarlıq iki şüşə "Chateau Margaux” arağı olub.

Yazı müəllifi belə bahalı restorana ödənişi kimin etdiyini, yaxud ziyafətin dövlət hesabına təşkil edilib-edilmədiyini dəqiqləşdirmək üçün Anna Akopyanın ofisi ilə əlaqə saxlamağa çalışsa da, zənglərin cavabsız qaldığını qeyd edib. (Musavat.com)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət etdi

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın tə...

Nikola Sarkozi cəzasını evdə çəkə bilər – Qoluna xüsusi qolbaq vurulacaq

Keçmiş Fransa lideri Nikola Sarkozi ilə bağlı martın 1-də dünya mediasında sensasiyaya çevrilən qərar dəyişdirilə bilər.   Sfera.az xəbər verir ki, ...

Qasparyan özü ən böyük satqındır - PAŞİNYAN

"Baş qərargahın Ermənistanın Baş nazirinin istefası ilə bağlı açıqlaması əvvəlki hökumətin generallara təsirinin nəticəsidir”. Sfera.az xəbər verir ki, bu...

Paşinyan bütün ermənilərdən üzr istədi - Mitinqdə

Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı rəhbəri olduğu hökumətin səhvlərinə görə bütün ermənilərdən üzr istəyib. ...

Nikol Paşinyan Ermənistan prezidentinin evinə getdi

Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan arasında görüş olub. Sfera.az  "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məluma...

Paşinyan “İsgəndər” raketi barədə dediyi sözləri GERİ GÖTÜRDÜ

Ermənistan və Rusiya liderlərinin bir neçə gün öncə baş tutan telefon danışığının detalları məlum olub. Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir k...