“Anna Akopyan buna icazə verməz” – Paşinyan oğlunu Bakıya göndərmək istəyində səmimidir?

“Anna Akopyan buna icazə verməz” – Paşinyan oğlunu Bakıya göndərmək istəyində səmimidir?
"Paşinyanın rəhbəri Anna Akopyandır. O, oğlu Aşotun dəyişdirilməsinə icazə verməz. Sadəcə olaraq, Nikol boş-boş danışır ”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə əsirlikdə olan diversantların əvəzinə oğlu Aşotu götürməsi təklifi ilə bağlı danışarkən deyib.

Millət vəkili  qeyd edib ki, Azərbaycana qarşı cinayət işləmiş şəxslərin hamısı cəzasını alacaq: "Əsirlər nə Paşinyanın oğlu, nə də başqası ilə dəyişdirilə bilməz. Azərbaycan haqq-ədalət məhkəməsini qurub, onların cinayətləri sübuta yetirilib və onlar layiqli cəzalarını alırlar.
 
Digər tərəfdən dünən Laçında saxlanılan erməni əsgəri ilə bağlı araşdırılma aparıldı və müəyyən edildi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb, sadəcə yolunu azıb. Ona görə erməni əsgər təhvil verildi. Bu, Azərbaycanın növbəti humanist addımı idi. Ancaq bu cinayətkarlar nə etdilər? Kəlbəcərdə öz doğma kəndlərinə gedib ziyarət edən 3 nəfərdən birini öldürdülər, digər ikisini illərlə işgəncələr altında həbsdə saxladılar. Paşinyanın isə seçkiqabağı belə sərsəmləmələri çox olacaq”.

Politoloq Züriyə Qarayeva bildirib ki,  Paşinyanın sonuncu bəyanatı onun seçki öncəsi ab-havada olduğunu sübut edir: "Həmçinin bu açıqlama radikal ittihamlarla çıxış edən rəqibləri Köçəryan və Sarkisyanı susdurmaq niyyəti daşıyır. Bəyanat eyni zamanda Rusiyanın bu mövzuda heç bir kömək əlini uzatmadığını ictimaiyyətə siqnal vermək niyyətinin və diversantların qaytarılması müqabilində Ermənistan tərəfinin bütün "güzəştlərə" gedə biləcəyinin göstəricisidir”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

3 gün ərzində... - ƏHALİYƏ XƏBƏRDARLIQ

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.    Sfera.az lent.az-a istinadən bildirir ki, qasırğa üç gün davam edəcək və bu ayın ...

ABŞ-də yaşıl tükləri olan it doğuldu

ABŞ-də bir it yaşıl tükləri olan bala dünyaya gətirib.   Sfera.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.   Florida ...

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...