“Ankara – Bakı və Təl-Əviv platforması yaradıla bilər” – Politoloq

“Ankara – Bakı və Təl-Əviv platforması yaradıla bilər” – Politoloq
Azərbaycan və İsrail arasında sıx iqtisadi-siyasi münasibətlərin olması beynəlxalq ictimaiyyətə məlum məsələdir. Maraqlıdır, Türkiyə və İsrail arasında münasibətlərin yumşaldığı bir dövrdə İsraildə Azərbaycan səfirliyinin açılması müzakirə mövzusu ola bilərmi?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə üçtərəfli Ankara-Təl-Əviv və Bakı platformasının yaradılmasının mümkün olduğunu da bildirib:
  
"Ötən həftə İsrail Baş naziri Naftali Bennettlə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı baş tutdu. Uzun müddət hər iki ölkə "Mavi Mərmərə" böhranına görə siyasi-diplomatik əlaqələri aşağı səviyyədə idi. Regionda dəyişən geosiyasi şərtlər, hər iki ölkənin əvvəlki əlaqələrinin bərpasına gətirməsini labüd edir. Türkiyə və İsrail əlaqələrinin bərpası, üçtərəfli Ankara-Təl-Əviv və Bakı platformasının yaradılması mümkündür. Türkiyə və İsrail əlaqələrinin bərpası, Azərbaycanın İsraildə səfirliyinin açılmasını labüd edir".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR