Andropovun izinə düşüb sonunda güllələtdirdiyi erməni işbaz - Ambartsumyanın film kimi cinayət işi

Andropovun izinə düşüb sonunda güllələtdirdiyi erməni işbaz - Ambartsumyanın film kimi cinayət işi
Sfera.az SSRİ rəhbərliyini rüşvət və bahalı hədiyyələrlə ələ alaraq, milyonçuya çevrilmiş erməni əsilli işbaz Mxitar Ambartsumyanın detektiv filmlərini xatırladan cinayət işinin təfərrüatlarını təqdim edir.

SSRİ-də 1980-ci illərin əvvəllərindən yaranan ərzaq qıtlığı ölkədə kifayət qədər ciddi problemlərə səbəb olub. O, dövrdə yaşayanlar yaxşı xatırlayırlar ki, ən adi ərzaq məhsullarını əldə etmək üçün iki variant olub. Ya uzun-uzadı növbələrədə saatlarla gözləmək, ya da ərzaq mağazalarında, anbarlarda tanış tapmaq.


Yaranmış vəziyyət mövcud dövrdə işbazlara böyük məbləğlərdə pul qazanmaq üçün geniş imkanlar açıb. SSRİ-nin iri şəhərlərində olduğu kimi paytaxt Moskvada da digər ərzaq məhsulları kimi, meyvə-tərəvəz qıtlığı da yaranıb. Bu sahədə isə "təşəbbüskarlığı” milliyyətcə erməni olan Mxitar Ambartsumyan ələ alıb.

1921-ci ildə Ermənistanda anadan olmuş Mxitar Ambartsumyan sovet-alman müharibəsində iştirak edib, bir neçə dəfə yaralanıb, müharibə zamanı orden və medallarla təltif olunub. Bunların nə dərəcədə həqiqət olduğunu demək çətindir. Amma hər halda, Ambartsumyanın müharibədə dəfələrlə yaralanmağı və təltifləri haqqında tez-tez nümayiş etdirdiyi sənədlər olub. Moskvaya köçən erməni işbaz elə bu sənədlərdən istifadə edərək 1970-ci ildə paytaxtın ən böyük meyvə-tərəvəz anbarlarından biri sayılan Dzerjinski bazasına direktor vəzifəsinə təyinat alıb.


Sovet dövründə ticarət strukturları dövlətin tabeliyində olduğundan xaricidən gətirilən və ölkədə yetişdirilən meyvə və tərəvəz məhsulları mərkəzdən anbar və bazalara bölüşdürülüb. Bazalardan isə ərazi üzrə satış məntəqlərinə paylanılıb. Sözsüz ki, xislətində hiyləgərlik olan Mxitar Ambartsumyan bölgü prosesində yuxarılara yol taparaq direktor olduğu bazanın təminatını digər bazalardan daha zəngin edib. Erməni işbaz işini o dərəcədə "yüksək” səviyyədə qurub ki, paytaxtın meyvə-tərəvəz mağazalarını özündən asılı vəziyyətə salıb.
 
Ümumi bölgünün əsas hissəsini öz bazasına yönəldən Mxitar Ambartsumyan Moskvadakı digər bazaların işini iflic vəziyyətə salıb. Digər bazalarda anbarlar boş qaldığı halda, Ambartsumyan öz bazasında yeni anbarların tikilməsinə nail olub. Təbii ki, bütün bunlar Ambartsumyanın yuxarılara göstərdiyi "səxavəti” hesabına baş tutub.

Ambartsumyanın ən böyük maliyyə maxinasiyalarından biri saxta sənədlər hazırlaması olub. O, sənəd üzərində bazadakı əla növ məhsulları satış məntəqlərinə üçüncü növ adı ilə verib. Satış məntəqələrində isə həmin məhsullar əla növ qiymətinə satılıb. Arada qalan pul fərqi isə Ambartsumyanın şəxsi büdcəsinə gedib.


Erməni işbazın əsas gəlir mənbələrindən biri də tam qeyri-qanuni olaraq kolxoz və sovxozlardan aldığı məhsullar olub. Xüsusilə, kənd təsərrüfatının inkişaf etdiyi və ermənilərin daha çox məskunlaşdığı Krasnodar və Stavropolda Ambartsumyan cinayət şəbəkəsi yaradıb. Bu məkanlarda olan kolxoz və sovxozlardan Ambartsumyanın direktoru olduğu bazaya məhsul axını başlayıb, məhsulların daşınması zamanı isə saxta sənədlər bütün maneələri aradan qaldırıb. Digər bir tərəfdən, heç kim erməni işbaza mane olmaq istəməyib. Çünki səlahiyyətlilərə vaxtlı-vaxtında pul paketləri və bahalı hədiyyələr çatdırılıb.

Mxitar Ambartsumyan Moskvada bir neçə mətbəəni də öz cinayət şəbəkəsinə qoşub. Bu mətbəələrdə onun üçün saxta qaimələr, göndərişlər və digər lazım olan sənədlər çap olunub.

Müvafiq qurumların bazadakı yoxlamaları, təftişləri Ambartsumyanı qəti narahat etməyib. Hətta bəzən o, bu yoxlamalar zamanı özü bazada görünməyib. Rüşvət bütün məsələləri həll edib.
 
"Müharibə iştirakçısı” statusu altında özünü vətənpərvər, təmiz kommunist kimi təqdim edən Mxitar Ambartsumyan zaman-zaman Moskvanın ən varlı adamlarından birinə çevrilib, ticarətçilər arasında "milyonçu Mxitar” adı ilə məşhurlaşıb.

Sovet rejiminin asıb-kəsdiyi bir vaxtda 180 rubl maaş alan Ambartsumyanın dövrün ən dəbdə olan "Qaz-24” avtomobilinə, bir neçə mənzilə, zəngin həyat tərzinə sahib olması və buna görə ona heç kim tərəfindən "gözün üstə qaşın var” deyilməməsi çoxlarını təəccübləndirib. Sonradan məlum olub ki, erməni işbazın arxasında yüksək ranqlı vəzifəlilər də dayanıb. Belə ki, Ambartsumyan Leonid İliç Brejnevin kürəkəni Yuri Çurbanova da yol tapıb. Ambartsumyan müntəzəm olaraq baş katibin kürəkənini sıravi vətəndaşlar üçün əlçatmaz olan ərzaq məhsulları ilə təmin edib.


Amma hər padşahın bir dövrü olduğu kimi, Ambartsumyanın da padşahlığının dövrü əbədi olmayıb. Brejnevin vəfatından sonra hakimiyyətə gələn Yuri Andropov korrupsiyaya qarşı mübarizəyə başlayanda hədəfə ilk düşənlərdən biri də Mxitar Ambartsumyan olub. Andropov korrupsiyalaşmış ticarət şəbəkələrində, o cümlədən meyvə-tərəvəz sahəsində yoxlamaların aparılmasını DTK-ya həvalə edib. Beləliklə, ilk olaraq əməliyyatlar Moskvada başlayıb.
DTK əməkdaşları meyvə-tərəvəz satışı ilə məşğul olan bütün şəbəkələrə gizli şəkildə öz qaimələrini buraxıblar. Cəmisi bir həftə keçdikdən sonra bu sahədə fəaliyyət göstərən obyektlərdə qəfil yoxlamalar başlayıb. O cümlədən Ambarsumyanın direktor olduğu bazaya da DTK əməkdaşları təşrif buyurublar. İlk növbədə istifadə olunan qaimələr tələb olunub və ekspertiziyaya göndərilib. Əslində əsl qaimələr DTK-nın buraxdığı qaimələr olmalı idi. Amma Ambartsumyanın bazasından və onun mal buraxdığı meyvə-tərəvəz mağazalarından götürülən qaimələr tam fərqli, Ambarsumyanın erməni tanışının gizli mətbəədə çap etdiyi qaimələr olub. Beləliklə fırıldaqçı Ambartsumyan ələ keçib və həbs olunub.

Özünə arxayın olan Ambartsumyan həbsxanada  olarkən bütün əlaqələrini işə salıb. İstintaq zamanı Ambartsumyan işi aparan müstəntiqlərlə dil tapmağı bacarıb. Müstəntiqlər Moskva ətrafındakı bağ evlərinin birində Ambarsumyanın adamlarından külli miqdarda pul alıblar. Amma istintaqın gedişində qəfil "yumşalma”nın hiss olunması Andropovun diqqətindən yayınmayıb. Andropov dərhal istintaq qrupunun dəyişdirilməsini göstəriş verib. Və əlavə olaraq Ambartsumyanla görüşlərə qadağa qoyub. Beləliklə, Ambartsumyanın öz adamları və müstəntiqlərlə danışıq dövriyyəsi tam qapanıb. Yeni istintaq qrupu qısa bir müddətdə işi yekunlaşdıraraq məhkəməyə göndərib.

Ambartsumyan məhkəmə prosesində bazada işlədiyi illər ərzində kimlərə rüşvət verdiyini, həmçinin müstəntiqlərə verdiyi pulları bütün təfərrüatları ilə açıqlayıb. Erməni dəllal elə düşünüb ki, satqınlıq etməklə cəzasını yüngüllədirə biləcək. Amma bu hiylə onu xilas edə bilməyib. Məhkəmənin hökmü ilə Mxitar Ambartsumyan ən ağır cəzaya, güllələnməyə məhkub edilib.

İlham Cəmiloğlu
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...