Ancelinadan Bredlə bağlı şok iddia
14:51 / 18.03.2021
1525
Boşanma prosesi hələ də rəsmi olaraq yekunlaşmayan Ancelina Coli və Bred Pit cütlüyü yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, 45 yaşlı 6 uşaq anası Ancelina Bredlə bağlı şok iddia irəli sürüb.
O bildirib ki, münasibətləri müddətində Bred ona şiddət göstərib. Aktrisa bununla bağlı sənədlərin olduğunu da qeyd edib.
Detallar bəlli olmasa da, Ancelinanın əlində faktların olduğu, üstəlik azyaşlı uşaqlarının da şahidlik edə biləcəyi deyilir.
Qeyd edək ki, 2004-ci ildə birlikdə olmağa başlayan, cütlük, 2014-ci ilin avqust ayında evlənib. Məşhur cütlüyün üçü bioloji, üçü də övladlıq olmaqla altı uşağı var.
Türkan
Sfera.az