Ancelina Coliyə evlilik təklifi: "Uşaqları da götür, gəl" - FOTO

Ancelina Coliyə evlilik təklifi:

 

 
 

Bred Pitlə boşanma ərəfəsində olan Ancelina Coliyə evlilik təklifi edilib.



67 yaşlı rus yazıçı Valeriy Zelenoqorski aktrisaya evliliklə yanaşı Rusiya vətəndaşlığı və kürk vəd edib.

O, 41 yaşlı aktrisaya açıq məktub yazaraq qeyd edib:

"Bredi boş verin, o sizə layiq deyil. Uşaqlarınızla birlikdə Kolomnaya, yanıma gəlin, birlikdə krallar kimi yaşayaq. Tək yaşayan dul kişiyəm. Uşaqlara bağçada oynayar, siz də evinizdə oturar və nəhayət, insan kimi yaşayarsınız. Yoxsul deyiləm, bazarda dörd dükanım, bağ evim, tarlam, qayığım və iki avtomobilim var. Stiven Siqal, Jerar Depardye də Rusiya vətəndaşlığı aldılar. Sən də gəlib bizim yerli aktyorlarla seriallarda çəkilərsən. Güclü insanam, yeni uşaqlarımız olar. Hər şeyi hesablamışam. Sənə qışda kürk də alaram. Çox gec olmadan qərarını ver".

 

Mövzuya aid fotolar:

 
Ancelina Coliyə evlilik təklifi:


OXŞAR XƏBƏRLƏR