“Ancaq şübhə yarandıqda...” – Sahibkarlar bu halda təftişə məruz qala bilər

“Ancaq şübhə yarandıqda...” – Sahibkarlar bu halda təftişə məruz qala bilər
"Verilən qərar sahibkarlar üçün bir jestdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin imzaladığı fərmanla sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il uzadılaraq 2022-ci ilin yanvarın 1-dək dayandırılmasının iş adamlarına verəcəyi üstünlükləri dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Bu müddətə qədər sahibkarlıq subyektlərinin yoxlanılmasında kifayət qədər ciddi azalmalar olub.  Amma ortada pandemiya da var. Digər tərəfdən, iqtisadiyyatda başqa proseslər,  bu sahədəki oyunçuların pandemiya və iqtisadi aktivliyin azalmasından doğan problemləri də vardı. Rəsmi rəqəmlərə görə,  Azərbaycanda ümumdaxili məhsul 3,4 faiz azalıb ki, bu da kifayət qədər ciddi rəqəmdir.  Bu mənada yoxlamaların dayandırılması müddətinin uzadılmasını sahibkarlara bir jest kimi dəyərləndirmək olar. 
 
Bu, onlarda ən azından gələn ilin əvvəllərinə qədər yoxlamaların olmayacağı ilə bağlı arxayınlıq yaradır. Adətən yoxlamalar iş adamları üçün əlavə yük və əlavə zamanın alınması deməkdir.  Bu həm də onlar üçün əlavə borcların yaranmasına səbəb olur”.
 
Həmsöhbətimiz onu da qeyd etdi ki, bu heç də yoxlamaların tamamilə dayandırılması anlamına gəlməməlidir: "Şübhələr yaranarsa, vergi orqanlarının diqqətini cəlb edən əməliyyatlar baş verərsə, bundan öncə olan bu sayaq yoxlamalar yenə də davam edəcək.  Amma planlı yoxlamalar, ucdantutma hamını bir-bir yoxlama prosedurunun  dayandırılması müddəti uzadılır”. 
 
 
Ekspertin fikrincə, əslində yoxlamaların dayandırılması müddətini  uzatmaqdansa, ümumilikdə yoxlama prosedurlarının qanunvericilik əsasında dəyişdirilməsi daha yaxşı variantdır: "Dünya təcrübəsi göstərir ki, vergi orqanları ancaq şübhə yarananda yoxlama əməliyyatı həyata keçirə bilər.  Türkiyədə bir iş adamının müəssisəsində 17 il ərzində  heç bir yoxlama aparılmayıb. Çünki vaxtlı-vaxtında vergilərini verib”.

Həmsöhbətimizə görə, vaxtında vergini ödəyən, qanunvericiliklə bağlı problemləri olmayan iş adamlarını yoxlamağın ümumiyyətlə heç bir adı yoxdur: "Bu səbəbdən ölkəmizdə də yoxlama prinsipləri, kriteriyalarının müəyyənləşdirilməsi və gələcəkdə ona uyğun yoxlamaların aparılması daha məntiqli olardı.  Bu iş adamlarına daha geniş stimul verər.  İndi bir il uzadılması doğru qərardır.  Amma bu sahədə qanunverici baza yaradılsa daha yaxşı olar”.
 
Elçin
 
 

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...