Anasının Adnan Oktara satdığı qızcığaz məhkəmədə ŞOK FAKTLAR açıqladı + VİDEO
20:27 / 04.01.2022
3654
Anası tərəfindən
9 yaşında Adnan Oktara verildiyini deyən
S.M. adlı qadın dəfələrlə məruz qaldığı zorakılıqlardan danışıb.
Sfera.az xəbər verir ki, hazırda 18 yaşı olan və heç kim ona inanmayacaq deyə əlində olan səs yazılarını məhkəməyə təqdim edən gənc qız dekolteli paltar geyindiyini və Adnan Oktarın yanına aparıldığını bildirib.
Adnan
Oktarı istəmədiyi
təqdirdə anası tərəfindən
döyüldüyünü bildirən S.M, "Təşkilat üzvləri məni hədələyir. İndi normal yaşamaq istəyirəm", - deyə
söyləyib.
2018-ci ildə qızı S.M.-i Adnan Oktarla evlənməsi üçün incidən və onu buna məcbur edən 45 yaşlı ana Dilek Ç. iki ayrı ittihamla 26 il 6 aya qədər həbs cəzası alıb.
Hadisə
zamanı 15 yaşında olan şikayətçi S.M.-in Polis Şöbəsinə təqdim etdiyi səs yazısında
Adnan Oktarla evlənməyə anası Dilek Ç.-nin göstəriş verdiyi, əgər evlənərsə, Boğaziçidə
evi və lüks avtomobillərinin olacağı əksini tapır.
İnci
Sfera.az