No Image
No Image

Anasını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatdı

Anasını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatdı
1 yanvar 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Əhmədova Afaq İbiş qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir Şəhər Prokurorluğunundan Sfera.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin oğlu, Mingəçevir Ruhi Əsəb dispanserində "paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatda olan Əhmədov İslam Yaşar oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çəkiclə Afaq Əhmədovanın baş nahiyəsinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, İslam Əhmədov cinayət əməlini törədən zaman düçar olduğu psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş İslam Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda I qrup əlil bıçaqlandı

  Bakıda bıçaqlanma hadisəsi baş verib. Sfera.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1973-cü il təvəllü...

Şəmkirdə bibisi oğlunu öldürmək istəyən şəxs həbs edildi

Mayın 9-u saat 18 radələrində Musa Rüstəmov və Bakir Hüseynovun xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Sfera.az xəbər verir ki, aparı...

Bakıda salondan maşın qaçırıldı

Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birindən oğurluq olub.  Sfera.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Rayon əraz...

Göyçayda bacısı qızını öldürən şəxs HƏBS EDİLDİ

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə S...

İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım ...

Bakıda oğurluq edən bacılar saxlanıldı

Bakıda silsilə oğurluq edən şəxslər tutulub. Sfera.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çant...