Anar Süleymanov azadlığa çıxdı: Evlənəndə onu araşdırmamışdım

Anar Süleymanov azadlığa çıxdı: Evlənəndə onu araşdırmamışdım
Həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanov azadlığa buraxılıb.

Bu barədə Süleymanovun özü məlumat verib. 

O bildirib ki, fevralın 13-də Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb. 

Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb:

"Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələlərdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq. 

Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin. 

Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.

İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm. 

Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.

Daha sonra Süleymanov onun haqqında gedən kikboksinq millimizin kapitanı Ramal Aslanovun fikirlərinə toxunub:

"Həbsdə olduğum müddətdə Ramal haqqımda danışıb. Onu qeyd edim ki, mən budo döyüş növü üzrə üç dəfə dünya çempionu olmuşam, bir dəfə Dünya Kubokunu qazanmışam. Budo üzrə idman ustasıyam. Universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olmuşam. 

Kikboksinqdə isə bir sıra peşəkar turnirlərin qalibiyəm. Yəni mən heç vaxt heç yerdə kikboksinq üzrə dünya çempionu olduğumu deməmişəm. O mənə kikboksçu kimi öz dəstəyini verməkdənsə, yıxılana balta vurmaqla keçdi o qız tərəfə. Halbuki onunla duz-çörək kəsmişdim. 

Azərbaycan çempionatında ilk döyüşdən nokauta düşməyimə də aydınlıq gətirim. 2016-cı ildə 16 kq çəki salmışdım və ilk gün üç döyüşüm vardı. Birinci döyüşdə vaxtından əvvəl qalib gəldim, ikinci döyüşdə rəqibim rinqə çıxmadı. Üçüncüdə isə çəki saldığım üçün halım çox pis idi. İkinci raundda gözüm qaraldı, zərbələri görmürdüm. Amma heç bir nokdaunsuz döyüş dayandırıldı və mənə texniki məğlubiyyət verildi. 

Ramal pis idmançı olmasa da, onun özünün də nokauta düşməyinin şahidi olmuşam. Məsələn, ötən il Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar beynəlxalq turnirdə Ramaldan da təcrübəsiz türk idmançı Mükrəmin Gülər ikinci raundda onu biabırçı şəkildə məğlub etdi. Ondan bir il öncə isə Çeçenistanda ayağını tutub döyüşü dayandırdı və bu da federasiyanın qınağına səbəb oldu. Biz döyüşəndə Ramal hələ kiçik uşaq idi. Yəni onun mənim haqqımda fikir bildirməyi hələ tezdir”.
 
///oxu.az

OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...