Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - Eldar Mahmudov "dirilir" + VİDEO

Anar Mahmudov vətəndaşın obyektinə basqın təşkil edib - Eldar Mahmudov
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cəzasız qalması onun qanunsuz əməllərinə yenidən rəvac verməsinə gətirib çıxarıb.

Dünən Moderator.az-ın redaksiyasına daxil olan bir müraciət sözün əsl mənasında bizi təəccübləndirdi.

Belə ki, redaksiyamıza müraciət edən vətəndaşlar sabiq MTN şefinin onlara məxsus şirkətin içərisindəki obyektə hücum təşkil olunduğunu bildirib.

Xətai Rayonu Fəzail Bayramov 1156 ünvanda yerləşən obyektə yollanan  əməkdaşımız bunun canlı şahidi olub.

Biz əraziyə çatarkən  sabiq MTN şefinin qohumları və bir nəfər vəkil başqasına məxsus obyektə daxil olmağa çalışırdı.

Onlar iddia edirdi ki, bu obyekt Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur.

Ancaq şirkət nümayəndələri həmin obyektin öz sahibinin olmasını söyləyərək, xüsusi məhkəmə qərarını da qarşı tərəfə göstərirdi.

Nə qədər təəccüblü olsa da Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları da orada idi. Ancaq polis əməkdaşları başqasının mülkiyyətinə soxulmaq istəyən bu adamların hərəkətlərinə haqq qazandırmağa çalışaraq, obyektin qapsının açılmasını tələb edirdi.

Əməkdaşımızın "Siz hansı səlahiyyətlə bunu edirsiniz” sualına cavabında polis zabiti Sərraf Cəfərov bildirdi ki, Anar Mahmudovun nümayəndəsi onlara müraciət edərək, həmin obyektin onlara aid olduğunu iddia edir.
 
Şirkətin nümayəndəsi Kənan Səmədli obyektin əsl sahibinin kimliyinin müəyyən olunmasına dair məhkəmə sənədini nümayiş etdirəndən sonra polis əməkdaşları basqınçıların istəyini rədd etdi.

Bununla belə şirkət sahibləri Xətai Rayon Polis İdarəsinin 35 ci Polis Bölməsinin rəhbərliyini də ittiham edir.

Onlar bildirir ki, bölmə rəhbərliyi polis vasitəsi ilə Mahmudova dəstək verir: "Sanki, Eldar Mahmudovun vəkilləridir. Hədə-qorxu gəlirlər ki, obyektin açarını Anara verin”.

Şikayətçilər polisin bu hərəkəti barədə DİN rəhbəri Vilayət Eyvazova da şikayət edəcəklərini dedi.

Məsələnin mahiyyətinə gəlincə, öyrəndik ki, həmin obyekt Eldar Mahmudov MTN rəhbəri olarkən onun törətdiyi növbəti cinayətlərdən birinin nəticəsində ələ keçirilib.

Belə ki, həmin ərazidə bina tikintisini aparan iş adamlarından biri Məzahir Cəfərovu oğurladan Eldar Mahmudov MTN-də ondan oğlu Anarın adına məlum ünvanda obyekt yazdırıb.

Halbuki, həmin dövrdə məlum obyekt başqasına məxsus imiş.
 
Ancaq bu obyektin Anar Mahmudova verilməsi barədə şirkət rəhbərinin MTN əməliyyatçılarının qarşısında yazdığı hüquqi sənəd olmadığından obyektin ilk sahibi Elsəvər Talıbov bir neçə il əvvəl öz mülkünü məhkəmə qətnaməsi səviyyəsində hüquqiləşdirib.

Görünür, Eldar Mahmudovun MTN rəhbəri olduğu zaman törətdiyi saysız cinayət əməlləri cəzasız qaldığından o, yenidən baş qaldırıb.



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

31 yaşlı azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Azərbaycanda daha bir həkim COVID-19 virsunun qurbanına çevrilib.  Sfera.az xəbər verir ki, bu dəfə həkim-kardioloq Ramil Həsənli koronavriusdan vəfa...

Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən...

Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur. Sfera.az xəzərxəbər-ə istinadən xəbər verir ki, bu barədə "bizim.media"ya aç...

Vilayət Eyvazovdan yeni kadr təyinatı

Daxili İşlər naziri, general-polkovkin Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzr...

Azərbaycanda nazir müavininin atasının kartından pul oğurlandı

"Bu səhər görürəm "monex card”dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir...

Kəlbəcərdə əsgərimiz həlak oldu - FOTO

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub.   Sfera...

Əli Həsənov, onun oğlu və baldızı məhkəmədə dindiriləcək - VƏSATƏT

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli...