Anar Ələkbərov üçün ÖZƏL GÜN - Doğum günü təbriki

Anar Ələkbərov üçün ÖZƏL GÜN - Doğum günü təbriki

Bu gün gənclərin bir nömrəli dostu, nümunəvi idarəçiliyi ilə fərqlənən və sevilən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib.

2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – "Komandor xaç” ordeni ilə təltif edilib.

2014-cü ildə "Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və "Mehriban” adlı kitabı çap edilib. "Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

Sfera.az da Anar müəllimi təbrik edir, ona cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində uğurların davamını arzulayır.


OXŞAR XƏBƏRLƏR

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...