Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...
 

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tanınmış hüquqşünas Aslan İsmayılovun quruma müraciətinə reaksiya verib. 

Sfera.az  xəbər verir ki, Aslan İsmayılov Fondun məsul şəxslərinə müraciət edərək hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə maddi yardımı dayandırmamağı xahiş edib. 

Bundan sonra Anar Ələkbərov Aslan İsmayılova zəng vurub və onunla bu məsələ barədə danışıb. Aslan İsmayılovun sözlərinə görə, Anar Ələkbərov bildirib ki, Oqtay Gülalıyev qəzaya uğrayandan sonra bu barədə ona məlumat verilib: 

"Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində Anar Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, Oqtay Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir. 

Oqtay Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. Oqtay Gülalıyevin səhhətində əlavə problemlər yaranır. 

Anar Ələkbərov şəxsən bir neçə dəfə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür. 

Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada Oqtay Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir”. (yenisabah)


OXŞAR XƏBƏRLƏR

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...