Sağlıq

Anaların DİQQƏTİNƏ!

Anaların DİQQƏTİNƏ!
 

Uşaqların diş fırçalama adətinin formalaşması üçün ailələr tərəfindən yönləndirilməsi önəmlidir. Tək başına diş fırçalayan uşaq sadəcə dişlərin görünən və üst tərəflərini fırçalayır. Bu isə dişin lazımı yerlərinin çirkli qalmasına və çürüməsinə səbəb olur.

Sfera.az medicina.az-a istinadən xəbər verir ki, bunu türkiyəli diş sağlığı uzmanı Rukiye Parlak bildirib. Onun sözlərinə görə,uşaqlarda diş fırçalama məktəb yaşına qədər valideynlərin köməyi ilə diqqətlə fırçalanıb təmizlənməlidir. Uşaqların istifadə etdiyi diş fırçası yaşına və ağız böyüklüyünə uyğun seçilməlidir.

Həkimin sözlərinə görə, 3 yaşına qədər uşaqlar diş məcunu istifadə etməməlidir. Bu yaşdan sonra isə hər yaşa uyğun diş məcunu seçilməlidir.

Uşaqlarda diş sağlamlığından danışan həkim anaların tez-tez etdiyi bir yalnışa da diqqət çəkib. O anaların əmziyi bal, mürəbbə, şəkər kimi qidalara batıraraq uşaqlara verilməsinin səhv olduğunu deyib. Xüsusilə yatmazdan öncə belə qidaları əmziyə batıraraq uşaqlara vermək olmaz. Çünki yatan uşağın ağzında daima şəkərin olması onun süd dişlərinin çürüməsinə gətirib çıxarır.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031