Ana və oğlu yük maşınının altında qaldı: sağ qaldılar -VİDEO

Ana və oğlu yük maşınının altında qaldı:  sağ qaldılar -VİDEO
Türkiyənin İstanbul şəhrində yol-nəqliyyat hadisəsi zamanı yük maşınının altdında qalan ana və oğlu sağ qalıb.

Sfera.az xəbər verir ki, hər iki şəxsin xırda xəsarətlər aldığı bildirilir.

Belə ki, zibil maşını hərəkət etməyə başlayan zaman marketdən çıxan ana və 3 yaşlı oğlu yük maşınının qarşısına keçib. Bu zaman nəqliyyat vasitəsi onları vurub. Ətrafdakı insanlar sürücü səsləyəndən sonra o, maşını saxlayıb. Xoşbəxlikdən piyadalar yükmaşının altında qalarkən boşluğa düşüb.

Ana və oğlu müayinə məqsədilə xəstəxanaya aparılıb.

Şahidlərin sözlərinə görə isə, qadın ayağından sınıq xəsarəti alıb.


OXŞAR XƏBƏRLƏR