\"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm\" - Şahin Diniyev

\
 

"Futbol siyasətdən uzaq olmalıdır. Burada nə pis, nə də yaxşı şey görürəm. Artıq biz qalib xalqıq".

Sfera.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan millisinin üzvü Aleksey İsayevin instaqramda Erik Avetyan adlı erməni istifadəçiyə qardaş deməsinə münasibət bildirərkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, ermənilərin təbrik və tənqid etmələrinə normal baxmalıyıq: "Çünki bizim başımız yuxarıdır. Hər deyimi qəbul etməliyik: yaxşını da, pisi də. O, pis deyirsə, biz pis olmuruq. Biz onsuz da qalibik. Əvvəlki vəziyyət olsaydı, sizinlə tamamilə razılaşardım, içimizdə revanşizm ola bilərdi ki, torpaqlarımız işğaldadır. Amma indi biz onlardan qat-qat yuxarıdayıq. Aşağıdakının nə deməsi o qədər də önəmli olmamalıdır".

Diniyevin sözlərinə görə hamının fikirləri fərqlidir: "Bu məsələni Alekseyin özündən soruşmaq və müəyyənləşdirmək lazımdır. Hərənin bir fikri var. Şəxsən özüm uşaqlarımızın, ana-bacılarımızın, oğullarımızın qatilinin mənə "qardaş" deməsini qəbul edə bilmərəm. Nəinki mənə, heç bir Azərbaycan xalqının övladına. Mən də ona eyni cür müraciət etmərəm. Mənə qardaş, dost və yoldaş ola bilməz".

Qeyd edək ki, Erik Avetyan Aleksey İsayevi Azərbaycan yığmasının Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu matçda millidə debüt etdiyi üçün təbrik edib. İsayev Avetyana qardaş deyə cavab versə də, daha sonra paylaşımını silib.


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...