Ana 3 aylıq körpəsini sobaya atıb yandırdı - Qorxunc hadisə

Ana 3 aylıq körpəsini sobaya atıb yandırdı - Qorxunc hadisə
Türkiyədə daha bir valideyn qorxunc əməl törədib.
 
Sfera.az bildirir ki, bu dəfə ana bir aylıq körpəsini sobaya ataraq yandırıb. Hadisə Yozqatda baş verib. İddialara görə, Çandır bölgəsində yaşayan iki uşaq anası
F.B adlı şəxs qonşularına azyaşlı oğlunu sobaya ataraq yandırdığını deyib. Bu barədə dərhal polisə məlumat verilib və sözügedən gənc qadın nəzarətə alınıb. Uşağın cəsədi isə müayinə edilmək üçün xəstəxana morquna yerləşdirilib.
 
Məlumata əsasən, uşaq əvvəlcə bıçaqlanıb, daha sonra yandırılıb. Faktla bağlı araşdırmaların aparıldığı bildirilib.
 
Xatırladaq ki, bundan əvvəl, Qaziantepdə bir ata 3 aylıq körpəsinə fiziki şiddət tətbiq etmişdi. 

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR