No Image
No Image

“Amnesty International”dan ermənilərin dinc əhaliyə etdiyi hücumlarla bağlı daha bir HESABAT

“Amnesty International”dan ermənilərin dinc əhaliyə etdiyi hücumlarla bağlı daha bir HESABAT
2020-ci il sentyabrın sonundan noyabrın əvvəlinədək davam etmiş 44 günlük münaqişə zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanda dinc sakinlərə hücum üçün qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan yaylım atəşli raket sistemlərindən və artilleriyadan istifadə edib.

Sfera.az-ın məlumatına görə, bu barədə "Amnesty International” təşkilatının hesabatında deyilir. Qeyd olunur ki, yaşayış məntəqələri yaxınlığında qeyri-dəqiq silahlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalamasından sonra "Amnesty International” nümayəndələri Azərbaycanda raket zərbələri endirilmiş yerlərə baş çəkiblər. Təşkilat erməni qoşunlarının dinc şəhər və kəndlərə endirdiyi və 72 dinc sakinin həlak olduğu 8 raket zərbəsi faktını sənədləşdirib.

Belə ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan "Smerç” raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

"Amnesty International” əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan bu gün Azərbaycanla bağlı vacib müzakirə aparacaq

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliy...

Könül Nurullayeva: "Erməni yalanları ifşa olunacaq"

"İşğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir. Dirçəliş konsepsiyasının icrası azad olunmuş bölgələrimizin qısa vaxtda inkişaf etmiş...

Metyu Brayza: Onlara görə artıq hər şeyə qərar verilib

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin ...

Anar Kərimov Fransanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuan ilə görüş...

Üç ölkənin baş nazirlərinin müavinlərinin görüş tarixi AÇIQLANDI

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini ...

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum oldu

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub. Sfera.az-ın məlumatına görə, fevralın 1-də keçiriləcək iclasın gündəliyə 19 məsələ dax...